"Trabzonspor"a transferi ilə bağlı razılıq əldə olunan misirli futbol ulduzu Məhəmməd Salah Türkiyəyə yola düşüb.
Abatv.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, Salahın yerli vaxtla saat 12:30-da İstanbula çatması gözlənilir. Təcrübəli futbolçu paytaxta endikdən sonra axşam saatlarında Trabzona yollanacaq.
"Trabzonspor" klubu futbolçunun təyyarədə çəkilmiş ilk görüntülərini də ictimaiyyətə təqdim edib. Klubun formasını geyinən Məhəmməd Salah azarkeşlərə ilk müraciətində bunları deyib:
"Trabzon, hazırsan? Sizi eşidirəm. Tezliklə görüşərik. Bizim üçün hər yer Trabzondur."
Qeyd edək ki, Salahın Trabzona gəlişindən sonra tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atacağı gözlənilir.