ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçirilən “UFC Fight Night 284” turnirində maraqlı qarşılaşma baş tutub.
Abatv.az xəbər verir ki, gecənin ikinci əsas döyüşündə yüngül çəki dərəcəsində polşalı Mateuş Qamrot Avstraliya təmsilçisi Kuillan Salkilld ilə üz-üzə gəlib.
Döyüş ilk raundda başa çatıb. Avstraliyalı idmançı rəqibinə tətbiq etdiyi boğucu fənd nəticəsində qələbə qazanıb.
Bu məğlubiyyət Mateuş Qamrot üçün peşəkar karyerasında beşinci olub. Onun hesabında 26 qələbə və bir nəticəsiz döyüş də var.
Kuillan Salkilld isə karyerasında iki məğlubiyyət fonunda 13-cü qələbəsini əldə edib.
Avstraliyalı döyüşçü bu nəticə ilə ümumi qələbə seriyasını 11 döyüşə, UFC-dəki qələbə seriyasını isə 6 döyüşə çatdırıb.