Argentina millisinin və “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi atasının vəfatından sonra futbol fəaliyyətinə qeyri-müəyyən müddətə ara verib.
ABATV.az xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı futbolçu hazırda ABŞ-yə qayıtmayıb. Messi ailəsinin yanında olmaq üçün Argentinanın Rosario şəhərində qalır.
Ulduz futbolçu artıq Liqalar Kubokunun qrup mərhələsində Meksikanın “Monterrey” klubuna qarşı keçirilən qarşılaşmada iştirak etməyib.
Qeyd edək ki, Lionel Messinin atası Xorxe Messi avqustun 7-də 68 yaşında, uzun sürən xəstəlikdən sonra Rosario şəhərindəki xəstəxanalardan birində dünyasını dəyişib.
Onun dəfn mərasimi Rosario şəhərində qapalı şəkildə keçirilib. Mərasimdə yalnız ailə üzvləri və yaxınları iştirak ediblər.
Məlumata görə, Messi bu ağır günlərdə ailəsinin yanında qalmağa üstünlük verib. Bu səbəbdən futbolçunun “İnter Mayami”nin heyətinə nə vaxt qayıdacağı hələlik məlum deyil.
Lionel Messi 2023-cü ildən ABŞ-nin “İnter Mayami” klubunda çıxış edir.