Sankt-Peterburqun “Dinamo” klubunun futbolçusu Mixail Barışnikov 72 yaşında Rusiya Kubokunda meydana çıxaraq ölkə futbolunda yaş rekordunu müəyyənləşdirib.
ABATV.az xəbər verir ki, Barışnikov Rusiya Kubokunun “Regionlar yolu”nun ikinci raundunda “10” FK-nın media komandasına qarşı keçirilən matçda “Dinamo”nun start heyətində yer alıb. Qarşılaşma “Dinamo”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
72 yaş 3 ay 15 günlük olan Barışnikov meydana kapitan sarğısı ilə çıxıb və cəmi beş dəqiqə meydanda qaldıqdan sonra əvəzlənib. Bununla da o, Rusiya futbolu tarixinin ən yaşlı oyunçusu kimi rekord müəyyənləşdirib.
Barışnikov 2025-ci ilin sentyabrında 70 yaşında “Amkal” həvəskar klubunda Rusiya Kubokunda debüt edən Sankt-Peterburq “Zenit”inin keçmiş rəhbəri Aleksandr Medvedevin rekordunu geridə qoyub.
Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatı olan Barışnikov əsas fəaliyyəti ilə yanaşı, “Peterqof”un veteran futbol və hokkey komandalarında da çıxış edir.