Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun karyerasını davam etdirəcəyi klub müəyyənləşib.
Abatv.az xəbər verir ki, 27 yaşlı hücumçu Ukraynanın “Bukovina” klubu ilə razılığa gəlib.
Təcrübəli forvardın yaxın 2-3 gün ərzində yeni komandası ilə rəsmi müqavilə imzalayacağı gözlənilir. Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə və digər detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, “Bukovina” cari mövsümdə Ukrayna Premyer Liqasına yüksəlib. Çernovtsı təmsilçisi hazırda 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın “Motor” klubunda çıxış edib. Millimizin hücumçusu ötən mövsümün sonunda Lublin təmsilçisindən ayrılıb.