Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Media və Yayım Şurasının sədrinin və üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri təyin edilib.
Sərəncamla aşağıdakı şəxslər Media və Yayım Şurasının üzvləri təyin olunublar:
- Məhəmməd İzzət oğlu Abdullayev
- Aynur Əliövsət qızı Bəşirli
- Rəqsanə Tofik qızı Kərimova
- Fərhad Rauf oğlu Məmmədov
- İlkin İlqar oğlu Nadirov
- Fazil Hacıverdi oğlu Novruzov
Qeyd edək ki, təyinatlar dövlət başçısının müvafiq Sərəncamı ilə rəsmiləşdirilib.