İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Abatv.az xəbər verir ki, bu mərhələdə 25 ailədən ibarət 154 nəfər Şükürbəyli kəndinə köçürülür.
Doğma yurda qayıdan ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Şükürbəyliyə qayıdan sakinlər doğma torpaqlarında onlar üçün yaradılan şəraitə və göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Sakinlər torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlıq göstərən Azərbaycan Ordusunun hərbçilərinə, şəhid olan əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə davam etdirilir.