
Suriyanın devrilmiş lideri Bəşər Əsəd, onun qardaşı Mahir Əsəd və əmisi oğlu, keçmiş təhlükəsizlik rəsmisi Atif Nəcib barəsində ölüm hökmü çıxarılıb.
Bu barədə beynəlxalq media məlumat yayıb. Suriya məhkəməsinin qərarı 2011-ci ildə ölkədə xalq üsyanının başladığı Dəra bölgəsində nümayişçilərə qarşı həyata keçirilən zorakı müdaxilələr və mülki şəxslərə qarşı törədilən cinayətlərlə bağlı açılmış cinayət işi çərçivəsində qəbul edilib.
Məhkəmə Bəşər Əsədi insanlıq əleyhinə cinayətlər, qəsdən adamöldürmə, işgəncə və qanunsuz həbslərlə bağlı təqsirli bilib. O və Mahir Əsəd məhkəmədə iştirak etmədən, qiyabi şəkildə ölüm cəzasına məhkum ediliblər.
Atif Nəcib isə məhkəmə prosesində şəxsən iştirak edən yeganə təqsirləndirilən şəxs olub. O, 2011-ci ildə Dərada etirazların yatırılmasında və nümayişçilərə qarşı zorakılıqda ittiham olunurdu.
Qeyd edək ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrildikdən sonra Rusiyaya gedib. Hazırda onun Rusiyada olduğu bildirilir. Bu səbəbdən ölüm hökmünün faktiki icrası məsələsi də açıq qalır.
Abatv.az