Bakının Xətai rayonunda yerləşən “Fəridə” şadlıq sarayında toy mərasimi zamanı transformatorun yanması təşvişə səbəb olub.
Abatv.az xəbər verir ki, hadisə zamanı yaranan tüstü və elektrik enerjisinin kəsilməsi səbəbindən məclisdəki qonaqlar təşviş içərisində restoranı tərk ediblər.
Hadisə ilə bağlı yayılan görüntülərdə transformatorun yanması və ərazidə yaranan tüstü aydın şəkildə görünür.
Şadlıq sarayının rəhbərliyi isə hadisənin obyektin daxili elektrik sistemi ilə əlaqəli olmadığını bildirib. Sonrakı açıqlamaya görə, yanğın restoranın xarici elektrik xəttində baş verib və obyektin öz daxili şəbəkəsinə aid olmayıb. Müəssisənin nümayəndəsi həmçinin restoranın generatorla təmin olunduğunu və elektrik enerjisinin bərpasından sonra toy mərasiminin davam etdiyini bildirib.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.