UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Abatv.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Sabah" pley-off mərhələsinə yüksələcəyi təqdirdə "Hapoel" (Beer-Şeva, İsrail) – "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
Paytaxt təmsilçisi pley-offa vəsiqə qazanmaq üçün əvvəlcə Danimarkanın "Orhus" klubu səddini keçməlidir. Komandalar arasında ilk oyun avqustun 5-də Danimarkada, cavab qarşılaşması isə avqustun 11-də Bakıda keçiriləcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə avqustun 25-26-da baş tutacaq.