"Real Madrid"in braziliyalı ulduz futbolçusu Vinisius Junior sosial şəbəkə hesabında etdiyi son addımla diqqət mərkəzinə düşüb.
Abatv.az xəbər verir ki, hücumçu sosial media hesabındakı bütün paylaşımlarını silib. O, eyni zamanda profilindən "Real Madrid"lə bağlı paylaşımları və klubla əlaqəli məzmunu da çıxarıb.
Vinisiusun bu addımı futbol ictimaiyyətində onun gələcəyi ilə bağlı müxtəlif iddiaların yenidən gündəmə gəlməsinə səbəb olub. Bir sıra xarici KİV-lərdə yayılan məlumatlara görə, İngiltərə Premyer Liqası təmsilçisi "Arsenal" futbolçunun transferi üçün ciddi maraq göstərir.
İddialara əsasən, London klubu 25 yaşlı futbolçu üçün 135 milyon avro məbləğində, bonusların da daxil olduğu böyük təklif hazırlayıb.
Hələlik nə "Real Madrid", nə də Vinisiusun nümayəndələri yayılan transfer xəbərlərinə münasibət bildirməyiblər. "Arsenal" tərəfindən də məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Vinisiusun sosial şəbəkə hesabında etdiyi dəyişikliklərin mümkün transferlə əlaqəli olub-olmadığı hələlik məlum deyil.