UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün I turunun son oyunları bu gün keçiriləcək.
Abatv.az xəbər verir ki, turun son oyun günündə altı qarşılaşma baş tutacaq. Günün ən çox diqqət çəkən görüşlərindən birində İngiltərənin “Mançester Yunayted” klubu “Sabah”ı qəbul edəcək.
Turun digər oyunlarında “Fənərbağça” “Roma” ilə, PSV “Şaxtyor Donetsk”lə, “Bavariya” “Budyo Qlimt”lə, “Komo” “Leypziq”lə, “Slaviya Praqa” isə “Lans”la üz-üzə gələcək.
UEFA Çempionlar Liqası – I tur
20:45 – “Fənərbağça” – “Roma”
20:45 – PSV – “Şaxtyor Donetsk”
23:00 – “Bavariya” – “Budyo Qlimt”
23:00 – “Komo” – “Leypziq”
23:00 – “Mançester Yunayted” – “Sabah”
23:00 – “Slaviya Praqa” – “Lans”